İranlı qadınlar “İlin qəhrəmanı” seçildi

İranlı qadınlar “İlin qəhrəmanı” seçildi

İranlı qadınlar və onların cəsarəti ilhamvericidir.

AzerTimes xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının birinci vitse-prezidenti Kamala Harris özünün Tvitter hesabında yazıb.

O, “Taym” jurnalının üz qabığında iranlı qadınların “2022-ci ilin qəhrəmanları” elan edilməsinə toxunaraq, İran hökumətinin amansız repressiyalarda məsuliyyət daşıması üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəklərini açıqlayıb.

Qeyd edək ki, illik ənənəyə əsasən dekabrın 7-də “Taym” jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini “2022-ci ilin adamı”, iranlı qadınları isə “2022-ci ilin qəhrəmanları” elan edib.

Teqlər: