İranlı məşhur aktrisa həbs edildi

İranlı məşhur aktrisa həbs edildi

İranlı məşhur aktrisa Təranə Əlidusti həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Aktrisa yalan məlumat yaymaq və antiiran hərəkatlarını dəstəkləməkdə ittiham olunur.

Qeyd edək ki, Təranə Əlidusti “Satıcı” (2016), “Gözəl şəhər” (2009), “Hər kəsin öz kinosu var” (2007) kimi filmlərdə rol alıb.

2002-ci ildə aktrisa “İnsan, Taraneh, panzdah sal daram” filmindəki roluna görə Lokarno Beynəlxalq Film Festivalında Bürünc Bəbir Mükafatına layiq görülüb.

Teqlər: