İranlı İrəvandan Avropaya tiryək göndərdi

İranlı İrəvandan Avropaya tiryək göndərdi

İran vətəndaşının Ermənistandan Avstraliyaya tiryək göndərməsinin qarşısı alınıb.

AzerTimes xəbər verir ki, Ermənistan DSX və MTX-nin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, iranlının göndərmək istədiyi bağlamanın içində 7 futbolka olmasına baxmayaraq, yükün 6 kq çəkiyə malik olması diqqət çəkib. Məlum olub ki, bağlamanın ağırlığına səbəb onun içərisinə yapışdırılmış tiryəkdir. Narkotik maddənin 2,5 kq olduğu üzə çıxıb.

Xatırladaq ki, Qarabağ işğaldan azad edildikdən sonra Ermənistan ərazisindən Avropaya daşınan narkotikin miqdarı ən azı iki dəfə artıb.

Teqlər: