Pakistan ordusunun dörd əsgəri İranla sərhəddə öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan ordusu bəyanat yayıb.
“İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan təhlükəsizlik qüvvələrinin sıravi sərhəd patruluna hücum edib”, – bəyənatda deyilib.
Hazırda Pakistan hakimiyyətinin gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün İranla əlaqə yaratmağa çalışdığı bildirilir.