İranın cənubunda güclü zəlzələ baş verdi

İranın cənubunda güclü zəlzələ baş verdi

İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 35 min nəfər əhalisi olan Mehr şəhərindən 29 km cənub-şərqdə yerləşib. Zəlzələnin mənbəsinin 2 km dərinlikdə yerləşdiyi bildirilib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

Teqlər: