İranla sərhəddə içərisində 12 kiloqram narkotik olan bağlama tapılıb (FOTO)

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) AzerTimes-a verilən məlumata görə, fevral ayının 7-də DSX-nin Sərhəd Qo­şun­larının “Göytəpə” sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zasta­vasının xidməti sahə­sin­də sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanmışdır.

Bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülmüşdür.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: