İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə Tehran və Moskva əməkdaşlığı, o cümlədən hərbi sahədə əlaqələr müzakirə olunub.
“Bizim birgə səylərimiz ticarət, turizm və elmi-texniki əməkdaşlıq, eləcə də müdafiə sektorunda əməkdaşlıq üçün zəruri olan infrastrukturun gücləndirilməsinə yönəlib”, – Abdullahian deyib.
Qeyd edək ki, İran XİN rəhbəri bundan öncə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.