İranla razılaşmaq üçün heç bir yol görmürük – ABŞ

İranla razılaşmaq üçün heç bir yol görmürük – ABŞ

ABŞ administrasiyası indiki mərhələdə İranın nüvə sazişini tezliklə bərpa etmək üçün heç bir yol görmür.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pier deyib.

“Diplomatiyanın qapısı həmişəlik açıq qalacaq, lakin indiki mərhələdə biz tezliklə razılığın əldə olunması imkanını görmürük”, – Pier vurğulayıb.

Onun sözlərinə görə, nüvə sazişinin bərpası üzrə danışıqların nəticəsindən asılı olmayaraq, Vaşinqton Tehranın Yaxın Şərqdəki dağıdıcı davranışına qarşı mübarizə aparmaq, həmçinin iranlı etirazçılara dəstək vermək niyyətindədir.

Teqlər: