İranla diplomatik əlaqələri hər an kəsə bilərik – Kuleba

İranla diplomatik əlaqələri hər an kəsə bilərik – Kuleba

İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, bu, Tehranın gələcək davranışlarından asılı olacaq:

“Mən prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

XİN başçısı vurğulayıb ki, İran artıq “qırmızı xətlər”i keçib:

“Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır:

“Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.

Teqlər: