İranın xarici işlər naziri Rusiyaya gedir

Xəbər - Elnur Bağışov – Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah
Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
sözçüsü Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, Moskvada İranın nüvə proqramı ilə
əlaqədar müzakirələr aparılacaq.