Vaşinqtonda İranın nüvə silahı istehsal etmək proqramını bərpa etmək qərarına gəldiyinə dair heç bir sübut yoxdur.
AzerTimes xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns deyib.
“Bizdə olan məlumatlara əsasən, hesab edirik ki, İran rəhbərliyi 2003-cü ilin sonunda dayandırdıgı nüvə silahı istehsalı proqramını hələ də bərpa etmək qərarına gəlməyib”, – Börns deyib.
MKİ rəhbəri çıxışında uranın 84%-ə qədər zənginləşdirilməsi ilə bağlı yayılan xəbərlərə toxunub və bunun narahatlıq doğurduğunu bildirib.