İranın “Merac”ı “Şahid”lərdən daha betərdir – Polkovnik

İranın “Merac”ı “Şahid”lərdən daha betərdir – Polkovnik

Rusların ukraynalılara qarşı istifadə etdiyi İranın “Merac-532” PUA-ları “Şahid-136” dron-kamikadzelərindən daha təhlükəlidir.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

O bildirib ki, “Merac”lar “Şahid”lərdən daha az məsafə qət edir və onların döyüş hissələri demək olar ki, eynidir.

“Merac-532” “Şahid”lər kimi yüksək səslidir və Ukrayna əsgərləri onu səmada asanlıqla aşkar edib məhv edə bilərlər. “Merac”lar “Şahid”dan iki dəfə ucuzdur. “Merac”ları “qanadlı raketlər” hesab etmək olar. “Merac” digərindən daha betər texnikadır”, – deyə Svitan bildirib.

Teqlər: