İranın mədəniyyət naziri koronavirusa yoluxub

Xəbər - Elnur Bağışov – Trend:

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu nazirin özü bu gün Tehranda keçirilən tədbirə video-format qaydasında qatılmağının səbəbini açıqlayarkən deyib.

Nazirin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgiyə qatılıb və orada koronavirusa yoluxub: “Həkimlərin tövsiyəsi ilə müalicəmi evdə davam etdirirəm”, – deyə o bildirib.

Qeyd edək ki, İranın mədəniyyət və islami irşad naziri 14 yanvarda BƏƏ-də Dubay Ekspo sərgisinə qatılıb.