İranın Firdovsi mükafat təsis etmək cəhdi baş tutmadı

İranın Firdovsi mükafat təsis etmək cəhdi baş tutmadı

İran hökumətinin Firdovsi adına beynəlxalq mükafat təsis etmək cəhdi uğursuz olub. Belə ki, UNESKO bu mükafatın təsis edilməsinə razılıq verməyib.

AzerTimes xəbər verir ki, bu barədə İran Milli Arxiv və Kitabxana Təşkilatının rəhbəri İshaq Salahi açıqlama verib.

O, bunun baş tutmamasının səbəbini Tacikistan və Əfqanıstanın Firdovsi ilə bağlı iddialarının olması ilə əlaqələndirib.

Salahi Firdovsi mükafatının təsis edilməsinin baş tutması üçün UNESKO-nun Tehrandakı nümayəndəliyi ilə müzakirələr aparıldığını bildirib.

Teqlər: