İranın ən uzaqmənzilli PUA-sı nümayiş olundu – Video

İranın ən uzaqmənzilli PUA-sı nümayiş olundu – Video

İranın paytaxtı Tehranda keçirilən hərbi paradda yeni ən uzaq mənzilli kamikadze PUA-sı nümayiş olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran-İraq müharibəsinin ildönümü münasibətilə keçirilən paradı prezident İbrahim Rəisi və yüksək rütbəli hərbçilər izləyib.

Paradda 1400 kilometrlik mənzilə sahib “Fəttah” hipersəs raketi, Hacı Qasım ballistik raketi, 1350 km-lik Paveh qanadlı raketi və “Araş” PUA-sı ictimaiyyətə nümayiş olunub.

Teqlər: