İranın çökməməsi üçün yarım trilyon lazımdır

İranın çökməməsi üçün yarım trilyon lazımdır

İran iqtisadiyyatının infrastrukturunun yenidən qurulması və ayaqda saxlanılması üçün azı 500 milyard dollara ehtiyac var.

AzerTimes xəbər verir ki, bu barədə İranın məşhur iqtisadiyyatçısı Vəhid Şəqaqi Şəhri mediayaya müsahibəsində deyib.

“Qeyd olunan məbləğdə sərmayə cəlb olunmasa, yaxın 8 ildə İran iqtisadiyyatı tamamilə çökəcək. Bu, az məbləğ deyil, bunun əldə olunması üçün nə daxili, nə də xarici sərmayə cəlb etmək olur. Vəziyyətdən çıxmaq üçün daxili və beynəlxalq siyasətdə ciddi dəyişiklik etmək, islahatların keçirilməsi vacibdir”,- Şəhri vurğulayıb.

Teqlər: