İranın bütün qüvvələri döyüş hazırlığı vəziyyətindədir

İranın bütün qüvvələri döyüş hazırlığı vəziyyətindədir

Dünya İranın İsrailə cavab zərbələrini gözləyir. Eyni zamanda, İsrail və ABŞ-ın da İrana daha böyük cavab zərbələrini gözləyir. İranın bütün silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“İsrail də tam hazır vəziyyətdədir. Bayden deyib ki, İran İsrailə hücumu etsə, ABŞ İsrailin tərəfində olacaq. Böyük müharibə bu gecədən başlaya bilər. Bəlkə də yox. Bu, Rusiyaya da təsir edə bilər, çünki İsrailin cavab zərbəsi Rusiyanın Buşerdəki AES-nə də endirilə bilər. Siyasi səbəblərdən Rusiya ABŞ-ın iştirak etdiyi istənilən müharibədən faydalanır ki, Vaşinqton Ukraynadakı fəaliyyətini azaltsın. Amma humanist səbəblərdən Rusiya istənilən müharibənin əleyhinədir”,- o bildirib.

Teqlər: