İranın bu addımlarına icazə verməyəcəyik – Lapid

İranın bu addımlarına icazə verməyəcəyik – Lapid

İsrail İranın bütün Yaxın Şərqdə, xüsusən də Suriyada terror bazaları yaratmasının qarşısını almağa çalışır.

AzerTimes xəbər verir ki, bunu İsrail baş naziri Yair Lapid deyib.

Onun sözlərinə görə, İsrail İrana Suriya ərazisində möhkəmlənməyə imkan verməyəcək.

“İsrail Suriyanın terrorçu təşkilatlara silah ötürülməsi üçün magistral yol kimi istifadə edilməsinə, İran bazalarının şimal sərhədimizə yaxın yerləşdirilməsinə icazə verməyəcək”, – Lapid bildirib.

Teqlər: