İranın bir neçə şəhərində etiraz aksiyaları keçirildi

İranın bir neçə şəhərində etiraz aksiyaları keçirildi

Fevralın 21-də İranın bir neçə şəhərində müxtəlif dövlət qurumlarının və müstəqil işçilərin etiraz aksiyası baş tutub.

AzerTimes xəbər verir ki, tibb işçiləri təqaüdçüləri Tehranda İran Təqaüdçüləri Fondunun binası qarşısına toplaşaraq hüquqlarının pozulmasına və vəd edilən pensiya artımının yerinə yetirilməməsinə etiraz ediblər.

Təbriz, Kənqan, Məşhəd, Əhvaz, İsfahan, Kirmanşah və başqa şəhərlərdə də nümayişlər keçirilib. Dövlət işçiləri və müxtəlif qurumların üzvləri inflyasiya səviyyəsi ilə əmək haqlarının uygun olmadığından narazılıqlarını bildiriblər.

Teqlər: