İranın ABŞ-a xidmət edən gedişi: Tehran rol oynadı

İranın ABŞ-a xidmət edən gedişi: Tehran rol oynadı

Belə bir problem hər zaman var. Ancaq problemi istismar edənlər də var.

Bu sözləri AzerTimes-a İranın Səudiyyə Ərəbistanına və İraqın şimalına hücum edəcəyi haqqında yayılan kəşfiyyat məlumatları haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ağarın sözlərinə görə, baş verənlər Səudiyyə Ərəbistanını ABŞ-a yaxınlaşmağa məcbur etdi:

“Səudiyyə Ərəbistanı və ABŞ arasındakı münasibətlərdə gərginlik hamımıza məlumdur. Rəsmi Vaşinqton Ər-Riyadı Moskvaya kömək üçün neft hasilatını azaltmaqda ciddi şəkildə ittiham etdi. Sonra isə İranda vəziyyət qarışdı. İran kütləvi nümayişlərin təşkil olunmasında və ölkədə vəziyyətin qarışmasında Şimali İraq Kürd Regional Muxtariyyətində yerləşən müəyyən qrupları və Səudiyyə Ərəbistanını ittiham edir. Ötən gün yayılan kəşfiyyat məlumatlarına görə isə İranın Qum şəhərində məscidin üzərinə qisas mənasına gələn qırmızı bayraq asılıb və qarşıdakı 48 saat ərzində Səudiyyə Ərəbistanına, İraqın şimalına hücum olunacaq. Nəticədə Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri yenidən ABŞ-a yaxınlaşdı. ABŞ da böyük məmnuniyyətlə Səudiyyə Ərəbistanı ilə bağlı gözlənilən bütün hadisələrə görə hazırlığı öz üzərinə götürdü.

Buna görə də İranda nəyin baş verdiyi sualı gündəmə gəlir: bir anda ABŞ-a müqavimət göstərən Ər-Riyaddan ona yaxınlaşan Ər-Riyada keçid necə oldu? Burada İran üzərinə hansı rolu götürdü? Bunlar çox önəmli və zamanla hadisələrin inkişaf istiqaməti nəticəsində cavabı ortaya çıxacaq suallardır”.

Teqlər: