İrandan Yəmənlə bağlı açıqlama

İrandan Yəmənlə bağlı açıqlama

İran Yəməndə aprelin 2-də başlayan atəşkəsin daha 2 ay uzadılmasını alqışlayır.

AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“İran bu addımlar fonunda mühasirənin tamamilə götürülməsini, daimi atəşkəsin bərqərar edilməsini və siyasi həll yolunu görməyə ümid edir”, – Xətibzadə bildirib.

O vurğulayıb ki, İran Yəmən böhranı üçün siyasi həll variantını həmişə yeganə həll yolu kimi qəbul edib.

Teqlər: