İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə
qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd
Xidmətinin “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları
tərəfindən təxmini çəkisi 49 kiloqram 555 qram narkotik vasitəyə,
3000 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin qaçaqmalçılıq
yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına
keçirilməsinin qarşısı alınıb.


Trend
Dövlət Sərhəd Xidmətinə istinadən bildirir ki, aprel
ayının 25-də saat 17:35 radələrində “Göytəpə” sərhəd dəstəsinin
xidməti ərazisində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı
2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını
müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb
xidməti ərazi qapa­dılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe
olmayan sərhəd pozucuları əllərindəki bağlamaları yerə ataraq
ərazinin dağlıq və sıx kolluq olmasından istifadə edərək geri
qaçıblar. Ərazidə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində aşkar edilmiş 5 ədəd mavi rəngli bağlamanın
içərisindən ümumi çəkisi 32 kq 945 qram narkotik
vasitəyə
(30 kq 935 qr “marixuana”, 2 kq 10 qr
“tiryək”)
bənzər maddələr və psixotrop tərkibli 3000
ədəd
“metadon-40” dərman preparatı olan həblər
aşkar olunaraq götürülüb.

Aprel ayının 27-də saat 00:50 radələrində “Lənkəran” sərhəd
dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi
yaxınlığında “Feyxoa bağları” adlanan ərazidə yerləşən istifadə
olunmayan yarımtikiliyə bir nəfərin ətrafı müşahidə edərək
yaxınlaşması və içərisindən 1 ədəd bağlama götürməsi sərhəd
naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs
ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılmış, onun Astara
rayonunun Məçitməhəllə kənd sakini 1990-cı il təvəllüdlü Yusifov
Nazim Tofiq oğlu olması müəyyənləşdirilib.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində
təxmini çəkisi 16 kq 610 qr narkotik vasitəyə
(12 kq 375 qr heroin, 3 kq 5 qr tiryək, 725 qr metamfetamin və
505 qr marixuana)
bənzər maddələr aşkar olunaraq
götürül­üb.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər: