İrandan ABŞ-a: İsrailə təzyiq etməsəniz…

İrandan ABŞ-a: İsrailə təzyiq etməsəniz…

ABŞ-ın Qəzza zolağında atəşkəs, o cümlədən cənubundakı Rəfah şəhərində hərbi əməliyyat üçün İsrailə təzyiq etməməsinin ağır nəticələri olacaq.

AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.

“Əgər ABŞ Netanyahuya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməzsə, və heç bir şəkildə Rəfahda yeni cinayətlərə müdaxilə etməzsə, o zaman müharibənin tərəfdarları dəhşətli nəticələrlə üzləşəcəklər”, – deyə o bildirib.

İranlı nazirin sözlərinə görə, Ağ Ev İsrail rejiminə təzyiq göstərməyi və müharibəni dayandırmağı və ya regionda böhran və gərginliyin yeni səviyyəsinə keçməyi seçməlidir.

Abdullahian həmçinin BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib.

Teqlər: