İrandakı səfirliyimiz bu halda bərpa oluna bilər – Nazir

İrandakı səfirliyimiz bu halda bərpa oluna bilər – Nazir

İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu, hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur:

“Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq qərar qəbul ediləcək. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkündür”.

Teqlər: