İranda zəncirvari qəza olub, 10 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Xürrəmşəhr yolunda baş verən zəncirvari qəzada 10 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Xuzistan vilayəti təcili yardım mərkəzinin ictimai əlaqələr şöbəsinin müdiri Arif Əsl Şərəhani deyib.

Onun sözlərinə görə, hadisədə fəhlələri daşıyan minik avtomobilinin bütün sərnişinləri ölüb. Zəncirvari qəza 5 minik avtomobili və bir yük maşınının iştirakı ilə baş verib. İndiyədək 6 nəfər xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 12 təcili yardım avtomobili cəlb olunub. Faktla bağlı araşdırma aparılır.