İranda zəlzələ nəticəsində azı 1 nəfər ölüb, onlarla yaralı var (YENİLƏNİB)

Xəbər - Elnur Bağışov – AzerTimes:

İranın cənubunda baş verən zəlzələ nəticəsində azı 1 nəfər həyatını itirib, 27 nəfər xəsarət alıb.

AzerTimes yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər verib.

Bildirilir ki, yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb, onların gücü 6,1 – 6,5 bal arasında dəyişib.

XXX

16:59


İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm rayonunun Laft şəhəri yaxınlığında 6,4 bal gücündə baş verib.

AzerTimes-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:36-da 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.

Teqlər: