İranda yəhudilər İsrailə qarşı aksiyaya məcbur edilir

İranda yəhudilər İsrailə qarşı aksiyaya məcbur edilir

İran yəhudi icmasına ənənəvi Pasxa və ya Fətir bayramları mərasimlərini ləğv etmək və İsrailin məhv olması istəyi ilə keçirilən Qüds günü yürüşlərində iştirak etmək üçün təzyiqlər göstərilir.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.

“İran yəhudi icmasına səssiz təzyiqlər edir və İran yəhudiləri hökumətin təşkil etdiyi Qüds günü nümayişlərində iştirak etməsələr, daha çox əziyyət çəkəcəklərini bilirlər”, – məlumatda bildirilib.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin böyük qismi ölkəni tərk etməyə məcbur olub. Hazırda İranda qalan 20-25 min civarında yəhudinin bir qismi kimliklərini gizlətmək məcburiyyətindədir, gizlənməyənlər isə davamlı təzyiq və ayrı-seçkiliklə üzləşir.

Teqlər: