Bakıda “Formula”ya görə bu yol da bağlanır

Bakıda “Formula”ya görə bu yol da bağlanır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

BŞH-dən AzerTimes-a verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 – 30 aprelə təsadüf edəcək.

Teqlər: