İranda valideynlər etiraz aksiyası keçirir

İranda valideynlər etiraz aksiyası keçirir

Tehran, İsfahan, Səfadəşt, Kərəc, Məlard, Şəhryar və başqa bir neçə şəhərdə martın 4-ü səhər saatlarından başlayaraq zəhərlənən qız şagirdlərin valideynləri etiraz aksiyaları keçirirlər.

AzerTimes xəbər verir ki, aksiyaçılar hakimiyyətin şagirdlərin zəhərlənməsində əli olduğu barədə şüarlar səsləndirirlər.

Qeyd edək ki, bu gün daha bir neçə məktəbdə qızlar zəhərlənərək xəstəxanalara yerləşdiriliblər.

Teqlər: