İranda uşaq ölümləri ilə bağlı Quterreşə məktub yazıldı

İranda uşaq ölümləri ilə bağlı Quterreşə məktub yazıldı

Bir qrup iranlı hüquqşünas və vəkil BMT baş katibi Antonio Quterreşə, Uşaq Hüquqları Komitəsinə, İnsan Haqları Şurasına və Uşaq Fonduna məktub ünvanlayıb.

AzerTimes xəbər verir ki, məktubda adıçəkilən qurumlardan İranın insanlıq əleyhinə olan hərəkətləri, uşaqların öldürülməsi faktlarının dərhal araşdırılması tələb edilib.

Məktubu imzalayanlar həmçinin UNİSEF-dən İranı uşaqlarla bağlı beynəlxalq və daxili öhdəliklərinə əməl etməyə, mövcud ağır vəziyyəti dayandırmağa məcbur etmək üçün bütün imkan və vasitələrdən istifadə etməyi istəyiblər.

Məktub müəllifləri arasında Mehrəngiz Kar, Nəsrin Sütudə, Hüseyn Əhmədi Niyaz, Məhəmməd Olyayi Fərd, Moin Xəzaeli və Məhəmməd Seyfzadə kimi tanınmış hüquq müdafiəçiləri də var.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi son məlumata görə, İranda xalq etirazları başlayandan bu günə kimi öldürülən 419 nəfərin 60-ı uşaqdır.

Teqlər: