NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı

NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı

NATO Parlament Assambleyası Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusları cəzalandırmaq üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Xalqın xidmətçisi Partiyasının Teleqram kanalında məlumat yayılıb.

“NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təkliflərini dəstəklədi. Belə tribunal bizə təkcə hərbi cinayətlərin birbaşa günahkarlarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya üzv olan bütün ölkələrə, Rusiyanın hökumət və parlamentlərinə göndəriləcək”, – məlumatda qeyd olunub.

Teqlər: