İranda ümumölkə tətili – SEPAH hədələdi

İranda ümumölkə tətili – SEPAH hədələdi

İranın 70-dən çox şəhərində bazarların bağlanması ilə müşayiət olunan ümumölkə tətillərinin ilk günündə İnqilab Keşikçiləri Korpusu bəyanat yayaraq, tətillərə qoşulan etirazçıları təhdid edib.

AzerTimes xəbər verir ki, bəyanatda etirazçılara qarşı təhlükəsizlik qüvvələri tərəfindən qətiyyətli addımların atılacağı bildirilib.

“Ölkənin təhlükəsizlik, hüquq-mühafizə orqanları və Bəsic qüvvələri ağıllı davranaraq, ictimai təhlükəsizlik və asayişi pozan dələduz iğtişaşçıların qarşısını qətiyyətlə alacaq, silahlı quldurlar və düşmənlərin muzdlu terroçuları ilə mübarizədə sakit durmayacaq”, – bəyanatda deyilir.

Qeyd edək ki, İran etirazçıları “iğtişaşçı”, “Qərb dövlətləri tərəfindən idarə olunan düşmən” və “quldur” adlandırır.

Teqlər: