ranın Kirman şəhərində ötən gün baş verən terakt nəticəsində ölən və yaralananların sayında növbəti dəfə azalma baş verib.
AzerTimes xəbər verir ki, İran rəsmi olaraq terakt zamanı 84 nəfərin öldüyünü, 284 nəfərin yaralandığını elan edib. Buna baxmayaraq, hər ehtimala qarşı “ağır yaralılar olduğu üçün” ölü sayının arta biləcəyini də istisna etməyib.
Qeyd edək ki, 3 yanvarda general Qasım Süleymaninin 4-cü ildönümü mərasimi zamanı Kirmanda baş verən ardıcıl iki partlayışda əvvəlcə 103 ölü olduğu bildirilsə də, sonradan həlak olanların sayının 95, yaralıların isə 211 olduğu elan edildi. Ölənlərin sayının çox çıxmasına səbəb kimi isə ölənlərdən bəzilərinin iki dəfə sayılması ilə əlaqələndirdilər.
Bu gün isə ölənlərin sayı 84-ə düşsə də, yaralıların sayı 284-ə qalxıb.