Blinken Kolonna ilə Yaxın Şərqi müzakirə etdi

Blinken Kolonna ilə Yaxın Şərqi müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken Fransa xarici işlər naziri Ketrin Kolonna ilə Yaxın Şərqdə gərginliyin artmasını müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

“Görüş zamanı Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısını almaq üçün tədbirlərin, o cümlədən İordan çayının qərb sahilində gərginliyin azaldılması, Livan və İranda gərginliyin qarşısının alınması üçün konstruktiv addımların vacibliyi müzakirə olunub”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Blinken husilərin Qırmızı dənizdə ticarət gəmilərinə edilən qanunsuz hücumların dərhal dayandırılması, qeyri-qanuni saxlanılan gəmi və ekipajın sərbəst buraxılmasının zəruri olduğunu bildirib.

Teqlər: