İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranın mərkəzində yerləşən Ərak şəhərində yüngül təlim təyyarəsi aeroportdan qalxarkən qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.


M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində pilot və pilot köməkçisi həlak olub. Faktla bağlı araşdırma aparılır.