İranda tələbələrin etirazı: “Qiyamət qoparacağıq!”

İranda tələbələrin etirazı: “Qiyamət qoparacağıq!”

Noyabrın 13-də İranda onlarla universitetin öyrəncisi aksiya keçirib.

AzerTimes-ın məlumatına görə, ali təhsil ocaqlarının öyrənciləri yoldaşlarının, müəllimlərin və digər təhsil işçilərinin təqib və həbslərinə, bir çox narazı tələbənin universitetdən uzaqlaşdırılmasına etirazlarını bildiriblər.

Tələbələr universitet divarlarına öldürülən etirazçıların adlarını yazıb, antihökumət marşları oxuyublar.

“Haqqımızı almayınca dərslərə qatılmayacayıq”, “Yenə bir öyrənci həbs edilsə, qiyamət qoparacağıq” və s. şüarlar səsləndirən tələbələr dərslərə qatılmaqdan imtina ediblər.

İranın bir neçə şəhərində də gecə saatlarında etiraz nümayişləri davam edib və başda Xamenei olmaqla, hökumət əleyhinə şüarlar səsləndirilib.

Bir neçə şəhərdə “Bəsic” qüvvələrinin yerləşdiyi binalara “Molotov kokteyli” atılıb. Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb.

Aksiyalar zamanı onlarla etirazçının həbs edildiyi, bir neçə nəfərin xəsarət aldığı qeyd edilib.

Teqlər: