İranda təcili yardım vertolyotu qəzaya uğrayıb

Xəbər - Elnur Bağışov – Trend:

İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqodərz rayonunda təcili yardım vertolyotu qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Lorestan vilayəti Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Sarom Rzayi deyib.

S.Rzayinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ölüb və 11 nəfər yaralanıb.


Rzayi əlavə edib ki, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunublar.