İranda sutka ərzində koronavirusdan ölənlərin sayı 600-ə yaxınlaşır

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 588 nəfər koronavirusdan (COVID-19) ölüb. Ötən gün isə bu rəqəm 542 olub.

AzerTimes-ın məlumatına görə, bununla da İranda bu virusdan ölənlərin sayı 94 603 nəfərə yüksəlib.

Ötən sutka ərzində 40 808 nəfər isə koronavirusa yoluxub və ölkədə ümumi yoluxma sayı 4 199 537 nəfərə çatıb.

Ümumilikdə, İranda 16,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 13 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3,1 milyon təşkil edir.


Koronavirusa yoluxma üzrə 336 rayon qırmızı, 84 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 28 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur