İranda sutka ərzində koronavirusa yoluxma 20 min nəfəri keçdi

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 21 996 nəfər koronavirusa (COVID-19) yoluxub, 44 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 424 nəfərə, yoluxanların sayı isə 6 344 179 nəfərə çatıb. Virus daşıyıcılarından 1 404 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 102 290 nəfər koronavirusdan sağalıb, 44,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 131 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 16,8 milyon təşkil edir.