İranın Sistan və Bəlucistan əyalətində sünni məzhəbli etnik bəlucların kompakt yaşadığı Zahidan şəhərində nüfuzlu din xadimi Əbdülməcid Muradzehi həbs edilib.
AzerTimes xəbər verir ki, o, sünnilərin Məkki məscidinin cümə imamı Mövləvi Əbdülhəmidin müşaviri və yaxın adamıdır.
Bəluc fəalları və din xadimləri həbslə bağlı bəyanat yayıb və Əbdülməcid Muradzehinin sərbəst buraxılmayacağı təqdirdə geniş etiraz nümayişlərinə çağırış edəcəklərini bildiriblər.