342-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

342-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 342-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 381 təyyarəsi, 206 helikopteri, 2987 PUA-sı, 402 zenit-raket kompleksi, 7691 tank və digər zirehli texnikası, 997 reaktiv yaylım atəş sistemi, 3970 artilleriya və minaatanı, 8229 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: