İranda son sutkada koronavirusdan 44 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 2 103 nəfər koronavirusa (COVID-19) yoluxub, 44 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 211 nəfərə, yoluxanların sayı isə 6 177 885 nəfərə çatıb. Virus daşıyıcılarından 2 821 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 016 324 nəfər koronavirusdan sağalıb, 41 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 115 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 4,59 milyon təşkil edir.