İranda son sutkada koronavirusdan 146 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 146 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 85 543 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 16 596 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 344 122 nəfərə çatıb. Virus daşıyıcılarından 3 506 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Koronavirusa yoluxma üzrə 120 rayon qırmızı,182 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.