İranda silahlı insident: girov götürülən 4 nəfər öldürülüb (VİDEO)

İranın qərbində yerləşən İlam vilayətində Mülkiyyət İdarəsində
baş verən silahlı insident nəticəsində 4 nəfər ölüb, 5 nəfər
yaralanıb.

Bu barədə Trend yerli kütləvi informasiya vasitələrinə istinadən
məlumat verir.

Mülkiyyət İdarəsinin işdən qovulan sabiq əməkdaşı naməlum sayda
şəxsi girov götürüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları
cəlb olunub.