Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri başlayıb (FOTO)

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci “Caspian Agro”
beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci “InterFood Azerbaijan”
beynəlxalq qida sənayesi sərgisi başlayıb.

Trend-in
məlumatına görə, sərgilər mayın 20-dək davam edəcək.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 24 ölkədən
450-yə yaxın şirkətin məhsulları nümayiş etdiriləcək.

Sərgilər çərçivəsində B2B görüşlərin, “Chefs Cup” müsabiqəsinin “Balık Ekmek” balıq festivalının, panel müzakirələrinin və digər
tədbirlərin keçirilməsi planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: