İranda sərnişin avtobusu aşıb, ölənlər var

Xəbər - Elnur Bağışov – Trend:

İranın şimalında yerləşən Simnan vilayətində avtobusun aşması nəticəsində 3 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Simnan vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Müzəffər Məhəmmədxani deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, hadisə nəticəsində 20 sərnişindən 17-i yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.