Xəbər - Elnur Bağışov – Trend:
İran paytaxtı Tehranda İranın İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) polkovnik Səyyad Xodai terror aktı nəticəsində
öldürülüb.
AzerTimes-ın
məlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər
Korpusunun ictimaiyyətlə əlaqədar şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə bu gün axşam saatlarında Tehranın
Mocahedin İslam küçəsində baş verib. Belə ki, iki motosikletçi
polkovnikə 5 dəfə atəş açıb və mənzilinin qarşısında onu qətlə
yetirib.
Məlumatda bildirilir ki, terror aktını törədən şəxslər axtarışa
verilib. Terror edilən polkovnik S.Xodayi Suriyada döyüşüb. Onun
əks-inqilabçılar tərəfindən öldürüldüyü bildirilir.