İranda seçici aktivliyi üçün məhbuslara təzyiq göstərilir

İranda seçici aktivliyi üçün məhbuslara təzyiq göstərilir

İran həbsxanalarında saxlanılan məhbuslar məcburi şəkildə parlament və Ekspertlər Məclisinə keçirilən seçkilərdə iştiraka məcbur edilir.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bu qəbildən olan məcburi səsvermə faktlarından biri Kərəc şəhərinin Qızılhisar həbsxanasında qeydə alınıb. Həbsxana rəisi Kərəmullah Əzizi nəzarətçilərin müşayiəti ilə məhbuslarla görüş keçirib.

O, səsvermənin məcburi olduğunu və səsvermədə iştirak etməyənlərə qarşı ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

İnsan haqları fəalları məhbusların yaxınlarına istinadən bildiriblər ki, buna etiraz edən bir neçə məhkum təkadamlıq kameraya köçürülüb.

Teqlər: