İranda savadsız əhalinin sayı artdı

İranda savadsız əhalinin sayı artdı

İranda savadsızlıq səviyyəsinin son statistikası açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ekoiran” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, aparılan son araşdırmalara görə, hazırda İran əhalisinin 12 faizi savadsızdır.

Bir neçə gün əvvəl İranın keçmiş təhsil naziri Yusif Nuri ölkədə 8 milyon 795 min nəfərin mütləq savadsız olduğunu bildirib.

Bununla yanaşı, son illər ölkədə təhsilini yarımçıq qoyan məktəblilərin də sayında kəskin artım qeydə alınıb.

Ekspertlər bunun ölkədə hakim olan iqtisadi böhran və yoxsulluq səviyyəsinin artması ilə əlaqələndirirlər.

Teqlər: