İranda qum fırtınası: 2 minə yaxın şəxs zərər gördü

İranda qum fırtınası: 2 minə yaxın şəxs zərər gördü

İranın Sistan və Bəlucistan əyalətini cənginə alan qum fırtınası nəticəsində 2 minə yaxın insan zərər çəkib.

AzerTimes xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi bildirib.

“Sistan və Bəlucistanda tüğyan edən qasırğa və qum fırtınası nəticəsində 1 834 nəfər tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalıb”, – o bildirib.

M.Mohebi xəsarət alanların vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.

Teqlər: